KANAL24.AZ
Az Iw En Ru

“Münaqişə tərəfi Azərbaycan:Həqiqətlər və Reallıq” adlı layihəsi - 3 cü gün

Ölkəmizin xarici jurnalist qonaqları layihənin 3-cü günü səhər saatlarında Beynəlxalq Avrasiya Mətbuat Fondunda səfərdə olub.

Səfər zamanı bir çox məsələlər müzakirəyə çıxarılıb. Müzakirələr zamanı BAMF-ın sədri Ümid Mirzəyev münaqişələrin həllində Azərbaycanın haqlı mövqeyi, qaçqın və məcburi köçkünlərin vəziyyəti, dünyanın əsas güc mərkəzlərinin işğal faktoruna göz yumması, BAMF-ın müharibənin təsirinə məruz qalmış ərazilərdə uzunmüddətli fəaliyyətinə dair qonaqlara ətraflı məlumat verib.

O, dünya ictimaiyyətini, beynəlxalq qurumları, media orqanlarını Azərbaycanın üzləşdiyi bu haqsızlığa dözməməyə çağırıb. İşğal faktorunun uzun müddətdir davam etməsinin Azərbaycan vətəndaş cəmiyyəti qurumlarında, sadə insanlar arasında qərb dövlətlərinə inamsızlıq və etimadsızlıq mühitinin yaratdığını ifadə edib. Eyni zamanda qeyd edib ki, Qarabağ məsələsinin bu qədər uzanması super dövlətlərin xüsusi marağının nəticəsidir.

Görüş sonunda qonaqlarla birgə xatirə fotoları çəkilmişdir.

“Münaqişə tərəfi Azərbaycan:Həqiqətlər və Reallıq” adlı layihəsi -  3 cü gün
“Münaqişə tərəfi Azərbaycan:Həqiqətlər və Reallıq” adlı layihəsi -  3 cü gün
“Münaqişə tərəfi Azərbaycan:Həqiqətlər və Reallıq” adlı layihəsi -  3 cü gün
“Münaqişə tərəfi Azərbaycan:Həqiqətlər və Reallıq” adlı layihəsi -  3 cü gün
“Münaqişə tərəfi Azərbaycan:Həqiqətlər və Reallıq” adlı layihəsi -  3 cü gün

 


23:55 22.10.2015