KANAL24.AZ
Az Iw En Ru

Prezident: Bir silahla güclü ordu yaratmaq olmaz

Ölkənin hərbi potensialının gücləndirilməsi bizim əsas prioritetlərimizdəndir. Bu istiqamətdə çox iş görülüb. Bu gün Azərbaycan ordusu, müxtəlif reytinqlər tərtib edən beynəlxalq ekspertlər və təşkilatların qiymətləndirmələrinə görə, dünyanın ən təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusunun sırasına daxildir.

Bu barədə “Rossiyskaya qazeta”ya müsahibəsində Azərbaycan dövlətinin başçısı İlham Əliyev bildirib.

 İ. Əliyev qeyd edib ki, Azərbaycan silahlanma prosesini praktiki olaraq başa çatdırıb, “bizim ordumuz ən müasir, yüksək dəqiqlikli, texnoloji silahla təchiz edilib”.

“Həm hücum, həm də müdafiə xarakterli. Biz ən yaxşı istehsalçılardan silah alırıq. Və bu silahlar bizə özümüzü kifayət qədər əmin hiss etməyə imkan verir”, - deyə, AR Prezidenti qeyd edib.

 Lakin onun sözlərinə görə, bir silahla güclü ordu yaratmaq olmaz:

“Buna görə də, əlbəttə ki, ordunun döyüş qabiliyyətinin artırılması, nizam-intizamın möhkəmləndirilməsi üçün çox iş görülüb. Çoxsaylı təlim və treninqlər keçirilib. Biz Silahlı Qüvvələrin maddi-texniki bazasını xeyli gücləndirmişik. Bizim hərbi baza və şəhərciklərin 80%-dən artıq hissəsi mahiyyət etibarilə, yenidən tikilib. Qarşıdakı illərdə maddi-texniki baza ilə bağlı prosesi tam bitirəcək və hərbi quruculuqla aktiv məşğul olacağıq”.

Prezident həmçinin yeni silahların alınması məsələsinə toxunub. Onun sözlərinə görə, bu proses daha seçimli, daha konkret – müvafiq hərbi vəzifələrin həllinə uyğun olacaq.


03:00 06.04.2018
Xəbər lenti
Bütün xəbərlər