KANAL24.AZ
Az Iw En Ru

Dünya Turizm Təşkilatının sessiyası başa çatdı

Dünya Turizm Təşkilatı (DTT) İcraiyyə Şurasının Özbəkistanın Səmərqənd şəhərində keçirilən 99-cu sessiyası başa çatıb. 

 

Kanal24.az-ın məlumatına görə, sessiyada Özbəkistan prezidenti İslam Kərimov, DTT-nın Baş katibi Taleb Rifai, dünyanın 34 ölkəsindən 130-a yaxın nümayəndə, bir sıra beynəlxalq təşkilatların təmsilçiləri, həmcinin Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

İki gün ərzində sessiyanın iclaslarında 2014-cü ildə beynəlxalq turizm və 2015-cü il üçün perspektivlər, ümumi fəaliyyət proqramının icrası, 2016-1017-ci illər üçün ümumi iş proqramı, beynəlxalq turizmin inkişafı istiqamətində görülən işlər, 

Ə.Qarayev DTT, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, İSESCO və Avropa Şurasının tərəfdaşlığı ilə Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ilk dəfə Azərbaycanda mədəniyyət və turizm nazirlərinin birgə konfransının baş tutduğunu da diqqətə çatdırıb. Nazir deyib ki, gələn ilin may ayında Bakıda keçiriləcək üçüncü Forumda da mədəniyyət və turizm sahələrinə geniş yer veriləcək.

Sessiyada 2015-ci ildə DTT-nın İcraiyyə Şurasına Kambocanın sədlik etməsi qərara alınıb.

 


02:00 05.10.2014
Xəbər lenti
Bütün xəbərlər