KANAL24.AZ
Az Iw En Ru

Azərbaycana ən çox sərmayə yatıran ölkə

Onların arasında Malayziya da var.

2015-ci ilin yanvar-sentyabr aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4 milyard 968 milyon manat vəsait yönləndirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilib. 

Komitədən bildirilib ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 4 milyard 450 milyon manatı (89,6%-i) Böyük Britaniya, Türkiyə, Norveç, Rusiya, İran, ABŞ, Yaponiya, Malayziya və İsveç sərmayədarlarına məxsus olub. 


01:47 17.10.2015
Xəbər lenti
Bütün xəbərlər