KANAL24.AZ
Az Iw En Ru

Bakıda kütləvi dava: Ölən və yaralananlar var

Bakıda kütləvi dava zamanı yaşlı kişi qətlə yetirilib.

Hadisə Nizami rayonunda baş verib.

Qara Qarayev prospekti 62 ünvanındakı 34-cü mənzil qarşısında 1966-cı il təvəllüdlü Məmmədov Yaşar Məmməd oğlu və onun oğlu ilə 6 nəfər arasında əlbəyaxa dava olub. Dava zamanı Y.Məmmədovun bədəninin müxtəlif nahiyələrinə 3 bıçaq zərbəsi vurulub.

Nəticədə o, çoxlu qan itirib. Yaralı xəstəxanaya aparılarkən qan itirmədən dünyasını dəyişib. 

Dava zamanı habelə daha 2 nəfər xəsarət alıb.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb. 

Hadisəni törədənlər və iştirakçılar axtarışdadır.


16:40 04.03.2018
Xəbər lenti
Bütün xəbərlər