KANAL24.AZ
Az Iw En Ru

Belçika telekanalında Xocalı soyqırımına aid sənədli film nümayiş etdirilib

Avropa ölkələrində 3 milyondan artıq tamaşaçı kütləsinə malik “Kanal Avrupa”da yayımlanan “Belçika aktuel” proqramı çərçivəsində, bu kanal tərəfindən Xocalı soyqırımına aid hazırlanan sənədli film nümayiş etdirilib.

Azərbaycanın Belçikadakı səfirliyindən verilən məlumata görə, 25 və 26 fevral tarixlərində efirə gedən filmdə təcavüzkar Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş XXI əsrin ən böyük cinayətlərindən biri olan bu faciə haqqında geniş bəhs edilib, rəsmilərin, beynəlxalq QHT və beyin mərkəzi nümayəndələrinin, eləcə də faciə şahidlərinin insanlıq əleyhinə bu qanlı cinayət barədə fikirlərinə yer verilib, dünya və Avropa ictimaiyyəti bu soyqırıma ədalətli yanaşma nümayiş etdirməyə dəvət olunub.

Kanal Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına xidmət edən silsilə sənədli filmləri bu ilin fevral – may ayları ərzində ərsəyə gətirməyi və nümayiş etdirməyi planlaşdırır.


17:00 01.03.2018
Xəbər lenti
Bütün xəbərlər