KANAL24.AZ
Az Iw En Ru

Abşeronda oğul anasını bıçaqlayıb - FOTO

Abşeronda oğulun anasını bıçaqlamasının təfərrüatı məlum olub. 

17 yaşlı Sənan Zalov mağazadan qayıdan anasından yaşadığı binanın qarşısında pul istəyib. Lakin qadın ona pul verməkdən imtina edib. Belə olduqda S.Zalov anasına 4 bıçaq zərbəsi endirib. 

Qadının vəziyyəti ağırdır. 

Abşeron Gənclər Şəhərciyində anasını bıçaqlayan S.Zalov "VAZ-2107" markalı avtomobillə hadisə yerindən qaçıb.

17 yaşlı gənc hazırda polis tərəfindən axtarılır.

Onun əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir. Qeyd edək ki, zalovlar ailəsi Xudat rayonundandır və şəhərcikdə kirayədə qalır...

 


16:50 01.03.2018
Xəbər lenti
Bütün xəbərlər