KANAL24.AZ
Az Iw En Ru

Bakıda kişini avtomobil vurdu

Bakının Nizami rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə 8-ci kilometr qəsəbəsində qeydə alınıb.

Qəsəbədə piyadalar üçün müəyyən edilməmiş yerdə yolu keçən 1985-ci il təvəllüdlü Əzizov Eldəniz İmaməli oğlunu minik avtomobili vurub. Nəticədə o, xəsarət alıb. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.


16:41 01.03.2018
Xəbər lenti
Bütün xəbərlər