KANAL24.AZ
Az Iw En Ru

Bayılda “Kalaşnikov” markalı avtomat silah satmaq istəyən şəxs polislər tərəfindən saxlanılıb

Polis əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə Bayıl qəsəbəsi ərazisində Abzər adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah-sursat saxlaması, gəzdirməsi və satmaq istəməsi barədə məlumat daxil olub.

Bölmə əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Abzər Abzərov saxlanılıb. Bölmədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman əlindəki çantanın içərisindən sandıqçasında 21 patron olan “AK-74” markalı avtomat silah aşkarlanaraq götürülüb.

A.Abzərov və ondan götürülən maddi sübutlar istintaqa təhvil verilib. Saxlanılan şəxs ifadəsində odlu silahı satmaq məqsədilə Bayıl qəsəbəsinə gətirdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bölmədə toplanan material araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra müəyyənləşəcək.


21:18 28.02.2018
Xəbər lenti
Bütün xəbərlər