KANAL24.AZ
Az Iw En Ru

Sabunçu rayonunda qanunsuz silah saxlayan şəxslərə qarşı əməliyyat keçirilib

Sabunçu rayonunda üzərlərində qanunsuz odlu silah-sursat saxlayan və ya gizlədən şəxslərin aşkar edilməsi məqsədilə ardıcıl uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum edilən, Maştağa qəsəbə sakini İmran Cavadov qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb. Onun evinə baxış keçirilən zamanı çarpayının altında gizlətdiyi bir ədəd “Naqan” markalı tapança və üç patron aşkarlanaraq götürülüb. Ekspertizaya təqdim edilən tapançanın istifadəyə yaralı olması barədə rəy verilib.

Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində isə əvvəllər məhkum olunmuş, Balaxanı qəsəbə sakini Bəybala Qarabəyov saxlanılıb. Polis idarəsində hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman əlindəki çantanın içərisindən sandıqçasında 10 patron olan “AKS-74” markalı avtomat aşkarlanaraq götürülüb.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir


20:28 28.02.2018
Xəbər lenti
Bütün xəbərlər