KANAL24.AZ
Az Iw En Ru

Skautlar cəbhə bölgəsində xidmət edən əsgərlərlə görüşüblər

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi, eləcə də Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Azərbaycan Skautlar Assosiasiyasının təşəbbüsü ilə Azərbaycan və Türkiyə skautlarının bir qrupu cəbhə bölgəsində “N” saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərlə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  150-dək skautdan ibarət nümayəndə heyəti hərbi hissədə xidmət və məişət şəraiti ilə tanış olub, əsgərlərlə söhbət apararaq onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıb. Gənc skautların Azərbaycan əsgərinə ünvanladıqları məktublar da şəxsi heyətə çatdırılıb.

Hərbi hissəyə səfər çərçivəsində ərazidə ağaclar əkilib.

Qonaqlar əsgərlərlə birgə nahar ediblər.


20:02 28.02.2018
Xəbər lenti
Bütün xəbərlər