KANAL24.AZ
Az Iw En Ru

İcra başçılarının müavinləri imtahandan azad edildi

Baş nazir Artur Rasizadə “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nın təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.

Kanal24 xəbər verir ki, “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”na əlavənin cədvəlində aşağıdakı dəyişikliklər edilib.

1. “AA2” sətrindən “yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini;” sözləri çıxarılsın. 

2. “AB2” sətrindən “yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini” sözləri çıxarılsın. 

3. “AC2” sətrindən “şöbə müdiri;” sözləri çıxarılsın. 

4. “AC3” sətrindən “şöbə müdirinin müavini;” sözləri çıxarılsın. 

5. “AC4” sətrindən “yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini;” sözləri çıxarılsın.


16:32 28.02.2018
Xəbər lenti
Bütün xəbərlər