Türkiyənin Manisa şəhərində 22 yaşlı qızın boğazından iynə çıxarılıb.
Məltəm Cansız adlı qız 3 yaşında olarkən iynə udub və illər ərzində həmin iynə onun boğazında qalıb.
Qız 14 yaşında olarkən üzünün sağ tərəfi, başı və qulağında ağrılar hiss etdiyi üçün həkimə müraciət edilib. Rentgen müayinəsi zamanı onun boğazında iynə aşkarlanıb. Lakin, əməliyyat keçirilsə də, həkimlər iynəni tapa bilməyiblər