KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan investisiyaları və Misirin Süveyş kanalı?

Misir Azərbaycanla əməkdaşlığın möhkəmlənməsinə və ölkədə həyata keçirilən iri layihələrə, xüsusilə Süveyş kanalının inkişafına Azərbaycan investisiyalarının cəlb olunmasına ümid edir.

Bunu Qahirədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşü zamanı Misirin xarici işlər naziri Sameh Şükrü deyib.

 

Misirli nazir Ş.Mustafayevi ölkəsindəki investisiya imkanları barədə, o cümlədən, iqtisadiyyatın müxtəlif sahələri, eləcə də neft-qaz sektorundakı layihələr barədə məlumatlandırıb.

Qeyd edək ki, Ş.Mustafayev iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclaslarında iştirak etmək məqsədilə Qahirədə ikigünlük səfərdədir.


19:28 22.02.2018