KANAL24.AZ
Az Iw En Ru

Hava şəraiti kəskin pisləşəcək – XƏBƏRDARLIQ

Oktyabrın 8-dən 11-dək  ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi  yerlərdə leysan xarakterli olacağı, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir.

Bu barədə Kanal24-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər.

Şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə güclənəcəyi, oktyabrın 9-dan temperaturun ötən günlərlə müqayisədə kəskin 7-10 dərəcə aşağı enəcəyi ehtimal olunur.

Məlumata görə, oktyabrın 8-9-da Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişəcəyi, oktyabrın 8-də atmosfer təzyiqinin xeyli yüksələcəyi, güclü xəzri küləyinin əsəcəyi, oktyabrın 9-da havanın temperaturunun ötən günlərlə müqayisədə kəskin enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün çox əlverişsizdir.


22:04 07.10.2015
Xəbər lenti
Bütün xəbərlər