KANAL24.AZ
Az Iw En Ru

İcra Hakimiyyətindən Bayılda uçan evlə bağlı açıqlama

Bayıl qəsəbəsinin Elşən İsmayılov küçəsindəki 102 A ünvanında yerləşən fərdi yaşayış evi uçub.

Evin daimi sakinlərindən olan Hicran Xəlilova bildirib ki, uçan ev Zəngilan rayonundan olan məcburi köçkün ailələrinə məxsusdur.

Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İsrafil Kərimov  həmin evin Bayıldakı sürüşmə sahəsi ilə heç bir əlaqəsi yoxdur:

“Uçqun baş verən ev 20-ci sahədə yerləşir. Bu barədə İcra Hakimiyyətinə məlumat verilib, təsərrüfat şöbəsi ərazidə olub baxış keçirib. Həmin ev qeyri-qanuni tikilidir. Ümumiyyətlə, evin İcra Hakimiyyətində heç bir qediyyatı yoxdur. Ötən gün İcra Başçısının sürüşmə sahəsindəki sakinlərlə görüşündən sonra evində problemləri olanların mətbuata müraciətləri artır. Düzdür, onların hamısı araşdırılır. Ancaq onların əksəriyyəti əsassız və qeyri-qanuni tikililər olur".

 


23:16 20.02.2018