KANAL24.AZ
Az Iw En Ru

Peterburqda öldürülmüş azərbaycanlının meyiti tapılıb

Rusiyanın Leninqrad vilayətinin Priozersk rayonunda fevralın 19-də   kişi meyiti aşkarlanıb

Bu barədə “Moyka-78” istinadən xəbər verir.

Yayılan informasiyaya görə, meyit Moskva vaxtı ilə 16:53 radələrində Sosnovo qəsəbəsində,  Sovetskaya küçəsi ev 12 ünvanında tapılıb. 

Meyitin üz nahiyəsində kəsik yaraları olub. 

Həlak olan şəxsin evə qonaq gəlmiş 50 yaşlı Azərbaycan vətəndaşı olduğu bildirilir. 

Ev 62 yaşlı təqaüdçüyə məxsus olub.

Hazırda azərbaycanlı kişinin ölüm səbəbi və halları yerli hüquq mühafizə orqanları tərəfindən araşdırılır.


21:00 20.02.2018