KANAL24.AZ
Az Iw En Ru

Avtomobil maneəyə çırpıldı: xəsarət alanlar var

Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki kəndindən keçən hissəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan Göyçay rayon sakinləri - 1992-ci il təvəllüdlü Xəlilova Zülfiyyə Azad qızı, 1963-cü il təvəllüdlü Qasımova Mətanət Ağaməhəmməd qızı və onun həyat yoldaşı Azad Xəlilov, habelə nəqliyyat vasitəsinin sürücüsü, Göyçay rayon sakini, 1994-cü il təvəllüdlü Həsənov Kamil Famil oğlu xəsarət alıblar. 

Yaralılardan ikisinin vəziyyəti orta-ağır, ikisinin vəziyyəti isə qənaətbəxşdir.


00:48 19.02.2018