KANAL24.AZ
Az Iw En Ru

“Reuters”: Suriyada 300 Rusiya hərbçisi ölüb və yaralanıb

“Reuters” agentliyi üç mənbəyə istinadən Suriyada ötən həftə 300 hərbçinin öldüyü və yaralandığı barədə məlumat yayıb.

Agentliyin informasiyasına görə, onların hər biri Rusiyanın Kremllə əlaqəli özəl hərbi şirkətində işləyib.

Adının gizli saxlanılmasını istəyən hərbi həkim agentliyə verdiyi açıqlamada 100-ə yaxın hərbçinin həlak olduğunu, 200 nəfərin yaralandığını bildirib.  

Həkimin sözlərinə görə, bu informasiyanı ötən həftə yaralıların müalicəsi üçün təyyarə ilə Suriyaya yollanan reanimotoloqdan əldə edib.

“Reuters”in “Vaqner” ÖHŞ və 7 fevral döyüşünün iştirakçıları ilə əlaqəli mənbəsi Rusiyadan olan səkkizdən çox muzdlu hərbi mütəxəssisin həlak olduğunu bildirib. Agentliyin müsahibinin sözlərinə görə, 300-ə yaxın ölən və yaralının olması ilə bağlı xəbər həqiqəti əks etdirir.

Agentlik məsələ ilə bağlı “Vaqner” ÖHŞ məsul şəxsləri ilə əlaqə yarada bilməyib. Rusiya Müdafiə Nazirliyi Suriyada rus hərbçilərin itkiləri barədə “Reuters”in suallarını cavablandırmayıb.


01:26 17.02.2018