KANAL24.AZ
Az Iw En Ru

ABŞ Qiyamət günü peyklərini kosmosa buraxacaq

ABŞ Hərbi Hava Qüvvələri nüvə müharibəsi zamanı rabitəni təmin etməyə imkan verən və elektron maneələrə qarşı davamlı, AEHF (Advanced Extremely High Frequency) nəslindən olan yeni peykləri kosmosa buraxmağı planlaşdırır.  

Bu barədə “Popular Mechanics” məlumat yayıb.

Hal-hazırda geostasionar orbitdə dörd AEHF aparatı var. 2019-2020-ci illərdə isə daha iki süni peykin buraxılması nəzərdə tutulur. Onların hazırlanmasına 29.8 milyon dollar vəsait ayrılacaq.

Belə peyklərdən ibarət sistem nüvə müharibəsi şəraitində atmosfer yüklü zərrəciklərdən ibarət elektromaqnit dalğalarla əhatələndikdə belə, siqnal ötürməyə imkan verir. Adətən, belə hallarda rabitə vasitələri sıradan çıxır.

Habelə AEHF texnologiyası bir neçə şüanın hesabına siqnalların ötürülüb hədəfə çatma ehtimalını artırır və Ağ Ev üçün xüsusi “qaynar xəttin” saxlanılmasını təmin edir.


01:07 17.02.2018