KANAL24.AZ
Az Iw En Ru

Tənhalığın əlacı tapıldı

Sosioloqlar tənhalığın dərmanını açıqladılar.
 
Rusiyada təkliyin ən yaxşı əlacının ailə və yaxın dostlar olduğunu deyirlər. Bu barədə Ümumrusiya ictimai rəyi öyrənmə mərkəzinin( ÜİRÖM) tədqiqat məlumatları xəbər verir.
 
Sosioloqlar deyir ki, əksər rusiyalılar ( 93%) özlərini tənha insan hesab etmirlər, 62% tənhalığın qorxusunun nə olduğunu bilmir.
 
Bununla belə pis əhval-ruhiyyə dəqiqələrində çoxlarına tanışdır ki, rusiyalılar üçün  darıxdırıcılıqdan qurtarmağın ən yaxşı dərmanı doğma və yaxınlarla söhbət etməkdir (44%).Eyni zamanda filmlər, kitablar, kompüter oyunları(28%) və sevimli hobbidir (20%).
 
Bundan başqa, smartfonla vaxt keçirmək tənhalığın əlaməti deyil. Əksinə, belə bir adam internet vasitəsilə onlarla insanla əlaqə saxlaya bilir. Internet “ canlı söhbəti” dağıtmır, analitiklər deyir ki, əksinə, kömək edir.
 
Ümumrusiya sorğu təşəbbüsü 12-13 yanvar 2018-ci ildə keçirilib. Bu sorğuda 2 min rusiyalı respondent iştirak edib.
 
Əvvəllər ÜİRÖM rusiyalıların ər və arvadın xəyanətləri ilə əlaqədar sorğu keçirmişdi. Sosioloqların rəyinə görə əksər rusiyalı (64%) ” həmişə və ya təxminən həmişə” ər-arvad xəyanətini qınayır.  69% qadınlar, 57% kişilər bu mövqedə dayanırlar.

02:23 16.02.2018