KANAL24.AZ
Az Iw En Ru

Burnuna baxıb insanın xasiyyətini öyrənə bilərsiz

Bədəninizin hər bir nöqtəsinin obrazınız üçün həlledici fakt olduğunu bilirsinizmi?  Saç rəngi,göz rəngi,çənə quruluşu kimi bir çox xüsusiyyət insanları bir-birindən görüntü olaraq ayırdığı kimi, obraz olaraq da ayırır. Bəs burun formanız xasiyyətinizə nə qədər təsir göstərir?

 
 
Aşağı doğru maili şəkil almış burun:
 
 Bu quruluşda buruna sahib insanlar asanlıqla təslim olmurlar. Heç bir çətinlikdən qorxmayan və olduqca mühafizəkar insanlardır. Onlar sevgilərini biruzə verməyi heç də xoşlamazlar.
 
Böyük burun:
 
Burunları kimi qəlbləri də çox geniş olur. Diqqət etsək görərik ki, adətən duyğusal, mərhəmətli olan insanların çoxunun burunu böyükdür.
 
Qısa burun:
 
Bu insanları asanlıqla yönləndirmək olur. Onlar çox emosional və romantik olurlar. Bu xususiyyətə malik olan insanlar həm də sevgilərinə çox sadiqdirlər. 
 
Uzun və düz burun:
 
 Dar burun olaraq da adlandırılan bu tip burunlara malik insanların ən diqqətçəkici xüsusiyyəti həyatlarının hər sahəsində, hər şəraitdə nizam-intizamlı olmalarıdır. Bu insanlar çox dürüstdülər.
 
Qarmaq burun:
 
 Bu burun quruluşuna sahib olan insanlar ideyalarının hər zaman örnək olmasını və daim hörmət görməyi istəyirlər. Sadece özlərinin doğru olduğunu qəbul edirlər. Onların realist mövqeləri çətinliklərlə daha asan baş çıxarır.
 
Dik burun:
 
 Belə bir burnunuz varsa ilk ağla gələn cəhətləriniz kübar və nikbin olmanızdır. Bir digər keyfiyyətiniz isə cəsarətlisiniz. Sevdikləriniz və ailəniz üçün hər şey etməyə hazırsınız. Bu cəhətləriniz sizi şəxsi həyatınızda da yaxşı bir yoldaş edir.
 
Yastı burun:
 
 Bu burun şəkli yanlara doğru geniş və üst hissələrdən yastı olur. Bu insanlar daim narahatlıq içində olurlar. Yastı burunlu insanlar olduqca açıq fikirlidirlər. Onlar həyata fərqli yanaşmağı sevirlər.  Liderlik məsələsində də heç kəsdən geri qalmırlar.
 
Sümüklü burun:
 
 Bu burun tipi sərt duruşu ilə obrazlılığı və özünəməxsusluğu ifadə edir. Sümüklü buruna sahib olan insanlar mehriban olduqları qədər hər işdə də bacarıqlı sayılırlar.

02:20 16.02.2018