KANAL24.AZ
Az Iw En Ru

Yaqub Zurufçu Vergilər Nazirliyini məhkəməyə verib

Tanınmış müğənni Yaqub Zurufçu Vergilər Nazirliyi (VN) yanında Bakı şəhər Lokal Gəlirlər Departamentini məhkəməyə verib.

Kanal24-ün xəbərinə görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Y.Zurufçu onunla bağlı sanksiya qərarının qismən ləğv edilməsi barədə tələb irəli sürüb.

Məhkəmə iddia tələbini təmin edib. Qərardan narazı qalan VN-in departamenti apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlanıb.

Nazirliyin departamenti daha sonra kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Şikayətə Ali Məhkəmədə baxılacaq.


18:12 13.02.2018