KANAL24.AZ
Az Iw En Ru

“Çılğın” koreyalı azarkeşlər gündəm oldu – VİDEO

Olimpiya Oyunlarında iştirak edən idmançılarına azarkeşlik etmək üçün Pyanqçanqa gəlmiş Şimali Koreyalı çılğın azarkeşlər “Twitter”də geniş müzakirə mövzusuna çevrilib.

Sosial şəbəkə istifadəçilərinə görə, qırmızı formada olan fanat qızlardan ibarət komandanın ucadan xorla oxuduğu mahnılar hər kəsi qıcıqlandırır.

“Bir ağızdan” mahnı oxuyan, milli rəqsləri ifa edən və bayraqları yelləyən KXDR fan-qrupunun çıxışlarının görüntüsü, tribunada onlarla yanbayan əyləşən azarkeşlər tərəfindən sosial şəbəkələrə yerləşdirilib.  

Hokkey və xizək yarışlarında qızların komandalarını həddindən artıq çılğın şəkildə dəstəkləməsi, tribunada olan digər tamaşaçıları qıcıqlandırıb.

“Şimali Koreyanın Olimpiya salamlaması həyatımda öz gözlərimlə gördüyüm ən vəhşi davranışlardan idi”, - deyə “Twitter” istifadəçilərindən biri bildirib.

Azarkeşləri oyunlarda fasilələr zamanı ucadan səslənən pop-musiqi belə dayandıra bilmir.

Qeyd edək ki, Cənubi Koreyanın Pyanqçanq şəhərində keçirilən Qış Olimpiya Oyunlarında Şimali Koreya 10 idmançı ilə təmsil olunur. Açılış mərasimində KXDR və Cənubi Koreya vahid bayraq altında meydana çıxıb.


04:18 13.02.2018