KANAL24.AZ
Az Iw En Ru

Məktəbin həyətində qanlı dava - Təfərrüat

Bakının Nəsimi rayonunun ərazisində bıçaqlanma hadisəsi baş verib.

Kanal24 xəbər verir ki, rayon ərazisində orta məktəblərdən birinin həyətində 1953-cü təvəllüdlü Musa Bağırov tanışı, 1981-ci il təvəllüdlü Vüsal Məhərrəmov ilə mübahisə edib.

Mübahisə zamanı Musa Bağırov Vüsal Məhərrəmova iki bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən Musa Bağırov həbs edilib.

Məlumata görə, Musa Bağırov Vusal Məhərrəmovun onu təhqir etdiyinə görə bıçaqlayıb.

Faktla bağlı cinayət iş başlanıb.


00:21 12.02.2018