KANAL24.AZ
Az Iw En Ru

“Beynəlxalq jurnalistika məktəbi”ndə növbəti təlim

Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin “Beynəlxalq jurnalistika məktəbi” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

Tədbirdə Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədrinin müavini, Beynəlxalq Jurnalistlər Federasiyasının (www.ifj.org) Azərbaycan nümayəndəliyinin rəhbəri Müşfiq Ələsgərli “Beynəlxalq jurnalist təşkilatları və onların fəaliyyət dairələri” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edilib ki, beynəlxalq münasibətlər sistemində məqsədyönlü siyasət yürüdən Azərbaycanın əsas hədəflərindən biri dövrün həqiqətlərini beynəlxalq arenanın diqqətinə çatdırmaqdır. M.Ələsgərli beynəlxalq jurnalistika anlayışının mahiyyəti, xarici media sistemləri, beynəlxalq təşkilatların media siyasəti, diplomatiya ilə jurnalistikanın qarşılıqlı əlaqələri, qlobal informasiya məkanında informasiya təhlükəsizliyi problemi kimi məsələlərdən bəhs edib. Həmçinin beynəlxalq jurnalist təşkilatlarının yaranması və fəaliyyət istiqamətlərindən, bu təşkilatlara üzvlük qaydaları və bunun verdiyi üstünlüklərdən danışılıb.

Təlim iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.


23:50 01.02.2018