KANAL24.AZ
Az Iw En Ru

Gömrük Komitəsinin kollektivi ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi

Dövlət Gömrük Komitəsinin kollektivi peşə bayramı münasibətilə yanvarın 30-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra Dövlət Gömrük Komitəsinin kollektivi Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.


23:36 30.01.2018
Xəbər lenti
Bütün xəbərlər