KANAL24.AZ
Az Iw En Ru

Son 3 ayda sosial sığınacaqlarda 108 nəfərə xidmət göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində son 3 ay ərzində 108 nəfərə xidmət göstərilib. Hazırda həmin müəssisələrdə 45 nəfər stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən  sosial sığınacaqlara yerləşdirilənlərin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə stasionar şəraitdə sosial xidmətlərlə təminatı həyata keçirilir. Bunun üçün hər iki müəssisədə yüksək standartlara cavab verən şərait var.

Qeyd edək ki, həmin müəssisələrdə qış mövsümündə qarlı-şaxtalı hava şəraitinin hökm sürdüyü vaxtlarda müəyyən yaşayış yeri olmayan şəxslərin də müvəqqəti sığınacaqla təmin olunması həyata keçirilir.


20:54 29.01.2018
Xəbər lenti
Bütün xəbərlər