KANAL24.AZ
Az Iw En Ru

26 yaşlı müəllimə intihar etdi

Oğuz rayon Bayan kəndində iki uşaq anası intihar edib.

Kənd sakinlərinin  1991-ci il təvəllüdlü Qəribə Mikayılova yaşadığı evin həyətində asılmış halda aşkar edilib.

Ötən gün saat 19-20 radələrində qayınanası ilə qayınatası qonşuya gedib. Q.Mikayılova evdə uşaqları ilə tək qalıb. O, evin həyətində özünü asıb. Qayınanasıgil qonşudan gələndə onu asılmış halda tapıblar.

Sakinlər deyir ki, ailənin heç bir maddi sıxıntısı olmayıb. Q.Mikayılova Oğuz şəhər 3 nömrəli məktəb-liseydə ibtidai sinif müəllimi işləyirdi, həyat yoldaşı isə zavodlardan birində operator vəzifəsində çalışıb.

Qadının 3 və yaş yarımlıq iki uşağı var. Sakinlər bildirir ki, hər bir ailədə olduğu kimi onların da kiçik müşaqişələri olub. Lakin bu həddə çatdıracaq hansısa problemin olması heç kimə bəlli deyil.

Faktla bağlı Oğuz rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.


20:18 29.01.2018
Xəbər lenti
Bütün xəbərlər