KANAL24.AZ
Az Iw En Ru

Vağzalda narkotik satmaq istəyən şəxs saxlanılıb

Bakı Dəmir Yolu Vağzalında narkotik satan şəxs saxlanılıb

Narkotik maddələrin qanunsuz dövriyyəsi və alqı-satqısının qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri sayəsində, Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Narkotiklərə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən daha əvvəllər məhkum olunmuş Azər Bayramov saxlanılıb.

Baxış zamanı onun üzərindən hazır qablaşdırılmış formada olan külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin ümumi çəkisinin 1 kiloqram 455 qram heroin olması barədə rəy verilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Azər Bayramov polisə ifadəsində heroini satmaq niyyəti ilə əldə etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 


20:14 29.01.2018
Xəbər lenti
Bütün xəbərlər