KANAL24.AZ
Az Iw En Ru

Prokurorluq dələduz vəkilin həbs olunmasını istəyir

Vəkillər Kollegiyasının sabiq üzvü Əfsər Talıbovun cinayət işi üzrə məhkəmə prosesin keçirilib.

Əfsər Talıbov Mehman Səmədovun 22 min 900 manatını dələduzluq yolu ilə ələ keçirib. Məlum olub ki, Əfsər Talıbov tanışı Xəyyam Hətəmova Yeni Yasamalda inşa edilən binada şəxsi mənzilinin olmasını, yalandan satmasını bildirib.

O, mənzili satmaq üçün müştəri tapmasını Xəyyam Hətəmovdan xahiş edib. Xəyyam Hətəmov ona Mehman Səmədovun mənzili almaq istədiyini deyib. “Kamran” MTK hüquqi yardım göstərən Əfsər Talıbov adıçəkilən MMC-nin təsisçisi Tofiq Babayevdən guya Mehman Sadıqova olan borcunun əvəzində müvəqqəti girov qoymaq adı ilə “Kamran” MMC-dən mənzil alınmasına dair müqavilə tərtib olunmasını xahiş edib. Borcunu ödədikdən sonra müqaviləni geri qaytaracağını vəd edib.

Əfsər Talıbov Cinayət Məcəlləsinin178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4, 312.2-ci (iştiraçılıq, rüşvət vermə (aktiv rüşvətxorluq) maddəsi ilə ittiham edilib. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrlik etdiyi kollegiyada baxılıb. Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslə zərərçəkmiş arasında barışıq sənədi imzalanıb. Zərərçəkmiş məhkəməyə verdiyi ifadəsində vəkilə qarşı heç bir şikayəti olmadığını deyib. Məhkəmənin hökmü ilə Əfsər Talıbovun barəsində 2 il sınaq müddəti olmaqla şərti cəza təyin edilib.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokurorun protesti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Əmir Bayramovun icraatına verilib. İlkin baxış iclası fevralın 1-nə təyin edilib.

Qeyd edək ki, Əfsər Talıbov son illər bir çox səs-küylü işlərdə vəkillik edib. O, sabiq deputat Gülər Əhmədovanın da vəkili olub.


19:09 29.01.2018
Xəbər lenti
Bütün xəbərlər