KANAL24.AZ
Az Iw En Ru

Bakıda avtomobil, Neftçalada ev yanıb

Bakı və Neftçalada yanğın hadisəsi baş verib.

 Bakı şəhəri, Sabunçu rayonunda “Mercedes” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüb.

Neftçala rayonunda ümumi sahəsi 40 m² olan köməkçi tikilinin qamışdan ibarət dam örtüyü 9 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


04:53 29.01.2018
Xəbər lenti
Bütün xəbərlər