KANAL24.AZ
Az Iw En Ru

Bakıda gecə klubunun qarşısında qadını döydülər

Bakıda qadına qarşı xuliqanlıq əməli törədilib.

Şərur rayon sakini, 1988-ci il təvəllüdlü Arzu Quliyeva polisə müraciət edərək bildirib ki, gecə saatlarında Xəqani küçəsində yerləşən "Troya" gecə klubunun qarşısında döyülüb. 30 yaşlı qadın zorakılıq hərəkətləri edən şəxsin tanışı, Burhan adlı şəxsin olduğunu deyib və həmin şəxsin onun "Blackberry"  markalı mobil telefonunu əlindən aldığını əlavə edib.

Şikayətçi hadisənin hansı səbəbdən baş verməsini qeyd etməyib.

 

Araşdırma aparılır.


22:12 28.01.2018
Xəbər lenti
Bütün xəbərlər