KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan diasporuna edilən hücumla bağlı - Açıqlama

Hollandiya Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin ofisinə təşkil olunan hücumu və bu addımı atanları şiddətlə qınayıram.

Bu sözləri millət vəkili Adil Əliyev qeyd edib. O, Hollandiya hökumətinin günahkarları cəzalandıracağına inandığını bildirib.

“Dərnək illərdir ki, Hollandiyada Azərbaycan həqiqətlərinin təbliğatını aparır. Başda dəyərli dostum, İlhan Aşkın olmaqla, bütün dostlarımıza keçmiş olsun deyirəm”.

Qeyd edək ki, ötən gecə Hollandiyanın Haaqa şəhərində Azərbaycan diaspor təşkilatının ofisinə 4 nəfər basqın etmişdi.


17:45 28.01.2018
Xəbər lenti
Bütün xəbərlər