KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan Tibb Universitetində rezidentlərin seminarı keçirilir

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında şüa diaqnostikası və terapiyası kafedrasının rezidentləri üçün seminar keçirilib.

Universitetdən  tədbirdə çıxış edən ATU-nun şüa diaqnostikası və terapiyası kafedrasının müdiri, dosent Məlahət Sultanova seminarın mahiyyəti barədə məlumat verib: “Şüa diaqnostikası və terapiyası kafedrasında 40 rezident fəaliyyət göstərir. Onlardan 20-si ATU-nun Tədris Terapevtik, digərləri isə Tədris Cərrahiyyə Klinikasında çalışırlar. Sevindirici haldır ki, bu seminara hər iki klinikanın bazasında olan rezidentlərimizin məruzələri dinləniləcək. Tədbir bir neçə gün davam edəcək. Hər gün müxtəlif mövzularda çıxışlar olacaq”.

Sonra ilk olaraq II kurs rezidenti Gültən Rəfibəyli “Fetal heterotaksi sindromları” mövzusunda cıxışı dinlənilib.


20:07 26.01.2018
Xəbər lenti
Bütün xəbərlər