KANAL24.AZ
Az Iw En Ru

Cinayətlərin açılmasında polis veteranlarının təcrübəsindən geniş istifadə edilir

Hazırda polis veteranlarının təcrübəsindən, bilik və bacarıqlarından daha geniş və səmərəli istifadə edilir. Onların ictimai təhlükəsizliyin təminində, cinayətlərin profilaktikası və açılmasında, təqsirləndirilən şəxslərin axtarışı tədbirlərinin planlaşdırılmasında, şəxsi heyətin təlim-tərbiyəsində, peşəkarlıqlarının artırılmasında, əhali arasında hüquqi biliklərin təbliğində fəaliyyətləri güclənib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  ölkəmizin bütün bölgələrində olduğu kimi, paytaxtda da polis veteranları bilik və bacarıqlarını gənc əməkdaşlarla bölüşürlər.

Bu il Səbail Rayon Polis İdarəsinin Veteranlar Şurasının üzvləri ümumtəhsil məktəblərində, liseylərdə və kolleclərdə gənclərin vətənpərvər ruhda böyümələri, zərərli vərdişlərə, narkomaniyaya və radikal dini qurumlara qoşulmalarının qarşısının alınması məqsədi ilə şagirdlərlə 52 görüş keçirib və maarifləndirici söhbətlər aparıblar. Onlar cinayətkarlıqla mübarizədə də səylərini göstəriblər və ötən il rayon ərazisində 138 cinayətin açılmasında yaxından iştirak ediblər.

Rayon polis idarəsinin Veteranlar Şurasının sədri Məmməd Qədimov əminliklə bildirib ki, veteranların mütəmadi olaraq gənclərlə bir araya gəlmələri gələcək xidməti uğurlara yol açır.


20:03 26.01.2018
Xəbər lenti
Bütün xəbərlər