KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan ilə Ukrayna arasında sərhəd təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə edilib

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Ukraynanın Dövlət Sərhəd Mühafizə Xidmətinin rəisi, general-leytenant Petro Siqikalın dəvəti ilə yanvarın 22-24-də Ukraynada səfərdə olub.

səfər çərçivəsində Azərbaycanın və Ukraynanın dövlət sərhədlərində mövcud əməliyyat şəraiti və onun inkişaf meyilləri, sərhəd təhlükəsizliyinin təmin edilməsi, dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili üzrə həyata keçirilən fəaliyyətlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan tərəflər sərhəd qurumları arasında transsərhəd cinayətkarlığın təzahürləri ilə mübarizə, sərhəd nəzarətinin təşkili, riskin təhlili və qarşılıqlı maraq kəsb edən digər istiqamətlər üzrə təcrübə mübadiləsinin aparılmasına və əməkdaşlığın inkişaf etdirilməsinə dair müzakirələr aparıblar.

Səfər zamanı Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Ukraynanın Dövlət Sərhəd Mühafizə Xidmətinin nümayəndə heyətlərinin işçi görüşünün Protokolu imzalanıb.

Azərbaycan nümayəndə heyəti Ukraynanın Dövlət Sərhəd Mühafizə Xidmətinin aidiyyəti strukturları, o cümlədən şəxsi heyətin hazırlanması, xidməti fəaliyyətin idarəedilməsi mərkəzləri və digər bölmələrinin fəaliyyəti, mövcud maddi-texniki imkanları ilə tanış olub.


22:10 24.01.2018
Xəbər lenti
Bütün xəbərlər