KANAL24.AZ
Az Iw En Ru

Fransalı deputatlar multikulturalizmin Azərbaycan modeli barədə məlumatlandırılıblar

Fransa Respublikası Milli Assambleyasında “Cənubi Qafqaz: Avropanın qonşusunu tanımaq” mövzusunda beynəlxalq konfrans keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA)  tədbirə Parisdə fəaliyyət göstərən Avropanın Xarici Siyasət Məsələlərinin Təhlil Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Üç xarici ekspertlə yanaşı, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun doktorantı Səid Musayevin də moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycanın Cənubi Qafqazda təhlükəsizliyin və iqtisadi sabitliyin qorunmasında rolu, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Fransanın səyləri ilə bağlı geniş müzakirələr aparılıb.

Azərbaycanlı ekspert tədbir iştirakçılarına respublikamızın multikulturalizm sahəsində tarixi təcrübəsi, əldə etdiyi nailiyyətlər haqqında geniş məlumat verib. Vurğulanıb ki, Azərbaycanın qadın hüquqlarının qorunması və dini radikallaşmaya qarşı sistematik mübarizəsi Avropa üçün uğurlu model yaradıb. Fransada irqi ayrı-seçkilik və antisemitizm insidentlərinin artması nəticəsində 2015-ci ildə minlərlə yəhudi ailəsinin İsrailə köç etdiyini xatırladan S.Musayev Azərbaycanın yəhudilərə qarşı nifrət hissi aşılayan bütün ünsürlərə qarşı fəal mübarizə apardığını diqqətə çatdırıb. Respublikamızın multikultural cəmiyyətin formalaşması baxımından uğurlu yol qət etdiyini vurğulayan gənc alim bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan cəmiyyətində dünyəviliyin təşviqi və üstünlüklərinin dərk olunmasında böyük rolu var. S.Musayev vurğulayıb ki, Prezident İlham Əliyev multikulturalizm konsepsiyasını öz siyasətinin prioritet istiqamətlərindən birinə çevirib və 2016-cı ili ölkəmizdə “Multikulturalizm İli” elan edib.

Tədbirdə çıxış edən digər ekspertlər bu cür konfransların multikultural cəmiyyətin mövcud olduğu ölkələrin təbliğində rolunu vurğulayıblar.

Sonda iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.

Konfransda deputatlara, siyasi təhlilçilərə multikulturalizmin Azərbaycan modeli ilə bağlı ətraflı məlumatın verilməsi ölkəmizin yaxından tanınmasına böyük töhfə kimi qiymətləndirilib.


22:50 22.01.2018
Xəbər lenti
Bütün xəbərlər