KANAL24.AZ
Az Iw En Ru

Misirdə qayanın içində yonulmuş qədim sərdaba aşkar edilib

Misirin şimalındakı El-Alameyn şəhəri ərazisindəki arxeoloji obyektdə işləyən arxeoloqlar qayanın içində yunanların hakimiyyətdə olduğu dövrə aid qədim sərdaba aşkar ediblər.

arxeoloqlar qayanın içində yonulmuş sərdabanı eramızın I əsrinə və ellinizm dövrünə aid edirlər. Sərdabanın cənub divarı yunan mifologiyasının məşhur simvolu – bolluq buynuzu ilə bəzədilib. Sərdabaya girişin sağ tərəfində daha bir dəfn yeri var. Alimlərin fikrincə, bu yer sərdabanın özündən təqribən yüz il sonra yaradılıb və əslində, onun ərazisini genişləndirib.

Arxeoloqlar sərdabada müxtəlif artefaktlar, o cümlədən qədim sikkələrdən ibarət bütöv bir kolleksiya, iki lampa, keramik qablar aşkar ediblər.


01:52 20.01.2018
Xəbər lenti
Bütün xəbərlər