KANAL24.AZ
Az Iw En Ru

Özbəkistanın kun.uz portalı 20 Yanvar faciəsindən yazıb

Daşkənddəki kun.uz portalının səhifəsində “20 Yanvar böyük faciədir, bununla bərabər Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir” sərlövhəli geniş məqalə yerləşdirilib.

1990-cı il yanvarın 20-dən 28 il keçir və bu tarix Azərbaycanın müstəqillik, azadlıq və ərazi bütövlüyünün simvoludur.

Yazıda bildirilir ki, 20 Yanvar günü Azərbaycan Prezidenti İlham Əliyev, hökumətin və parlamentin üzvləri, diplomatik korpusun nümayəndələri, vətəndaşlar, məktəblilər Şəhidlər xiyabanına gələrək Vətən uğrunda canlarını qurban verən insanları yad edir, ölkənin bütün rayon və kəndlərində mərasimlər keçirilir.

Məqalədə qeyd olunur ki, yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun əmri ilə Bakıya qoşun yeridilib, günahsız insanlar qətlə yetirilib, çoxlu insan yaralanıb.

Vurğulanır ki, o vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev faciədən bir gün sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək, başda Mixail Qorbaçov olmaqla, bu qanlı faciəni törədənləri ittiham edib, qırğının məsuliyyətini onların üzərinə qoyub.

Qeyd olunur ki, 1994-cü il martın 29-da Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı Qanun qəbul edib, faciəyə siyasi-hüquqi qiymət verilib və günahkarların adları açıqlanıb.


17:11 19.01.2018
Xəbər lenti
Bütün xəbərlər