KANAL24.AZ
Az Iw En Ru

Peskov azərbaycanlı jurnalistə Putin barədə danışdı

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Rossiya" kanalının "Fəaliyyətdə olan şəxslər" verilişinin aparıcısı Nailə Əsgərzadəyə müsahibə verib.

Müsahibə tam şəkildə yanvarın 21-də nümayiş etdiriləcək. "Rossiya" kanalının efirində göstərilən anonsda Kremlin mətbuat xidməti rəhbərinin bir sıra suallara cavabları açıqlanıb.

Prezident Vladimir Putinin nəyi sevmədiyi barədə suala D.Peskov "Yalanı və qeyri-peşəkarlığı", deyə cavab verib. Rusiya liderinin mətbuat katibi bu ilin mart ayında keçiriləcək prezident seçkilərindən sonra karyerasının necə dəyişə biləcəyi barədə hələ düşünmədiyini söyləyib: "Bilmirəm. Düzünü deyim ki, mən bu barədə hələ düşünməmişəm".

"Rossiya" telekanalında "Fəaliyyətdə olan şəxslər" verilişində aparıcı - "Vesti" proqramının iqtisadi məsələlər üzrə şərhçisi Nailə Əsgərzadənin Rusiyanın tanınmış siyasət və biznes nümayəndələri ilə məxsusi müsahibələri yayımlanır.


22:34 18.01.2018
Xəbər lenti
Bütün xəbərlər