KANAL24.AZ
Az Iw En Ru

Ərəb dənizində helikopter qəzaya uğrayıb: 4 ölü

Hindistanın qərb sahilləri yaxınlığında göyərtəsində 7 nəfərin olduğu helikopter qəzaya uğrayıb.

 Hindistan Hərbi Dəniz Qüvvələrinin "Twitter" səhifəsində insidentin yanvarın 13-də səhər saatlarında baş verdiyi bildirilir. Helikopterdə iki pilotdan başqa, Hindistanın neft və təbii qaz üzrə komissiyasının 5 əməkdaşı olub.

Helikopter havaya qalxdıqdan bir qədər sonra onunla əlaqə kəsilib. Xilasedicilər hadisədən bir neçə saat sonra Mumbay şəhərindən 50 kilometr uzaqlıqda helikopterin qalıqlarını aşkarlayıblar.

Hazırda qəza nəticəsində 4 nəfərin həlak olduğu təsdiqlənib, 3 nəfərin isə itkin düşdüyü bildirilir. Qəzanın səbəbləri məlum deyil.


05:29 14.01.2018
Xəbər lenti
Bütün xəbərlər