KANAL24.AZ
Az Iw En Ru

Paleontoloqlar Yeni Zelandiyada nəsli kəsilmiş yarasanın sümüyünü tapıblar

Paleontoloqlar Yeni Zelandiyada qazıntılar zamanı təxminən 16 milyon il əvvəl nəsli kəsilmiş yarasaların sümüklərini aşkarlayıblar.

Tapıntıların təsviri Böyük Britaniyanın “Scientific Reports” elmi jurnalında dərc olunub.

Yeni növ qədim Roma od allahı Vulkanın və avstraliyalı tədqiqatçı Cennifer Uorsinin şərəfinə “Vulcanops jennyworthyae” adını alıb. Qazıntı zamanı tapılan yarasaların bədəninin ölçüsü indiki yarasalarla müqayisədə üç dəfə böyük olub. Lakin bu, onların yeganə xüsusiyyəti deyil. Bu canlılar uçmaqla yanaşı, həm də yerdə sürünə bilib.

Alimlərin sözlərinə görə, əvvəllər Yeni Zelandiya adalarında çoxlu növdə yarasa yaşayıb, lakin iqlimin dəyişməsi nəticəsində hazırda onlardan yalnız ikisi qalıb: “Mystacina tuberculate” və “Mystacina robusta”.


05:09 14.01.2018
Xəbər lenti
Bütün xəbərlər