KANAL24.AZ
Az Iw En Ru

Bolqarıstanın Baş naziri Bakıya gəlir

Bolqarıstanın Baş naziri Boyko Borisov Azərbaycana səfər edəcək.

Kanal24 xəbər verir ki, bu barədə Bolqarıstan Nazirlər Şurasından məlumat verilib.

Qeyd olunub ki, B.Borisov Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə yanvarın 15-16-da Bakıda rəsmi səfərdə olacaq.

Səfərin proqramı dəqiqləşdirilir.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, iki ölkə arasında mal dövriyyəsi 2017-ci ilin yanvar-noyabr aylarında 35,453 milyon dollar təşkil edib.

İki ölkə arasında həmçinin enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanlar var.


00:43 13.01.2018
Xəbər lenti
Bütün xəbərlər