KANAL24.AZ
Az Iw En Ru

Riki Martin müsəlman kişiyə ƏRƏ GETDİ - FOTO

Dünya şöhrətli müğənni Riki Martin rəssam sevgilisinə ərə gedib.

46 yaşlı Riki Martin 33 yaşlı sevgilisi Cvan Yoseflə evlənib. “Qızıl Qlobus” kino mükafatlarının təqdimolunma mərasiminə birlikdə gələn cütlük rəsmi nikaha girib. Bu barədə məlumatı müğənni özü də təsdiqləyib:

“Mən indi evliyəm. Biz bir neçə aydan sonra möhtəşəm əyləncə gecəsi təşkil edəcəyik. Bu barədə sizə mütləq məlumat verəcəyəm. Sevgi andı içdik və bütün lazımi kağızları, o cümlədən nikah müqaviləsini imzaladıq”.

Məlumat üçün bildirək ki, müğənni suriya əsilli rəssamla 2 ildir birlikdə yaşayır. Xatırladaq ki, Riki Martin keçən il məşhur şouda sevdiyi kişiyə etdiyi evlilik təklifinin təfərrüatlarını bölüşmüşdü: “Təklifi mən etdim, çox həyəcanlı idim. Və bir dizimi yerə qoyub standart "Mənə ərə gələrsənmi?" sualını vermək əvəzinə "Məndə sənin üçün nəsə var" dedim və üzüyü çıxardım".

Bundan başqa, müğənni Cvan Yosef ilə romantik tanışlıq hekayəsinin tarixini də danışmışdı. "Mən rəsm kolleksiyası toplayıram. Bir dəfə Cvanın işlərini gördüm, onlar mənə böyük təsir bağışladı, buna görə də onunla görüşmək qərarına gəldim. Bu, ilk baxışdan sevgi idi”, - deyə Riki qızararaq danışıb.

Riki Martinin surroqat ana tərəfindən dünyaya gələn 9 yaşlı Valnetino və Matteo əkiz oğulları var. Rikinin sözlərinə görə, övladları musiqiçinin sevdiyi adam ilə yaxşı yola gedir. Əkiz oğulları olan Riki Martin yenidən övlad sahibi olmağı arzulayır.


18:33 11.01.2018
Xəbər lenti
Bütün xəbərlər