KANAL24.AZ
Az Iw En Ru

Yaponiya ABŞ-dan uçuşların təhlükəsizliyinin təmin olunmasını tələb edir

Yaponiya hökuməti ABŞ-ın Okinavadakı hərbi hava qüvvələrindən uçuşların təhlükəsizliyinin təmin olunmasını tələb edir.

 Bu barədə yanvarın 10-da Yaponiyanın müdafiə naziri İtsunori Onodera ABŞ-ın Sakit okeandakı silahlı qüvvələrinin komandanı admiral Qarri Harrisonla görüşündə bəyan edib.

Son beş ayda ABŞ hərbi hava qüvvələrinin Okinavadakı bazasında uçuşlar zamanı yeddi hadisə baş verib. Yapon nazirin sözlərini sitat gətirən telekanal bildirib: “Baş verən hadisələr yerli əhalinin böyük narahatlığına səbəb olur və onlar haqlı olaraq təhlükəsizlikləri üçün zəmanət tələb edirlər”.

Baş verən qəzalara görə təəssüfləndiyini bildirən admiral Q.Harris isə öz növbəsində qeyd edib ki, qəzalı helikopterlərin heyəti düzgün qərar qəbul edərək maşınları əhalinin olmadığı sahələrə endiriblər.

Admiralın bu sözlərini Okinava prefekturasının qubernatoru Takeşi Onaqa tənqid edib. Kyodo agentliyi qubernatorun sözlərini sitat gətirərək yazır: “Problem heyət üzvlərinin hərəkətində deyil, ABŞ hava gəmilərinin texniki nasazlığındadır”.

Okinavanın yerli hakimiyyət orqanları qəzaların səbəbi tam aydınlaşanadək ABŞ hərbi aviasiyasının təlimlərinin dayandırılmasını tələb edən qətnamə qəbul ediblər.


03:17 11.01.2018
Xəbər lenti
Bütün xəbərlər