KANAL24.AZ
Az Iw En Ru

ABŞ-ın Kopenhagendəki səfirliyi müəyyən müddət polislər tərəfindən dövrəyə alınıb

Danimarkanın paytaxtı Kopenhagendə, ABŞ səfirliyinin binası yaxınlığında şübhəli əşya tapılıb. Hadisə yerinə polis və partlayıcı üzrə mütəxəssislər gəliblər. Onlar əşyanı yoxladıqdan sonra onun təhlükəsiz olduğunu bildiriblər.

 yoxlamalar zamanı səfirliyin yerləşdiyi rayon və binanın özü dövrəyə alınıb. ABŞ-ın Danimarkadakı səfirliyi diplomatik nümayəndəliyin yanında şübhəli əşyanın aşkar edildiyini və polis tərəfindən zəruri əməliyyat aparıldığını “Facebook” səhifəsində təsdiq edib.

Əşyanın tapıldığı yer və şübhəli əşyanın özü yoxlanılandan bir müddət sonra Kopenhagen polisi də təsdiq edib ki, təhlükəli heç nə aşkar edilməyib. Sonra polislər ərazini tərk ediblər.


02:16 11.01.2018
Xəbər lenti
Bütün xəbərlər