KANAL24.AZ
Az Iw En Ru

Dubayda tapıntı bürosu 1 milyon dollar dəyərində qiymətli əşyanı hərracda satıb

Dubay polisi tapıntı bürosunda sahibi tərəfindən tələb edilməyən, ümumi dəyəri 1 milyon dollar olan əşyaları hərracda satıb.

 60 min dirhəm (16,3 min dollar) dəyərində “Vertu” telefonu, 11 min ədəd qol saatı, 1679 ədəd planşet, 1217 ədəd fotokamera, 639 ədəd noutbuk və digər əşyaların sahibləri qanunla müəyyən olunmuş müddətdə müraciət etmədiklərinə görə həmin əşyalar hərraca çıxarılıb.

Tapılan bütün əşyalar Dubay polisində 1 ay ərzində saxlanılır və bu müddətdə əşya sahiblərinin öz mallarını geri qaytarmaq fürsəti var. Əgər müraciət edən mülkiyyətçi ölkə xaricindədirsə, o zaman yoxlamadan sonra əşya poçt vasitəsilə sahibinə göndərilir. İtən əşyaların hamısının kriminal mənşəli olub-olmaması diqqətlə yoxlanılır.

Qeyd etmək lazımdır ki, bu əşyaları tapıntı bürolarına otellər, ticarət kompleksləri və ölkə vətəndaşları təqdim edir. 5 nömrəli qanuna əsasən, hər bir vətəndaş tapdığı qiymətli əşyanı və pulu 48 saat ərzində polisə təqdim etməyə borcludur. Əks halda həmin şəxs cinayət məsuliyyətinə cəlb edilə bilər.


01:35 11.01.2018
Xəbər lenti
Bütün xəbərlər