KANAL24.AZ
Az Iw En Ru

Axşam evinə qayıdan qonşu gəlini qaçırıb zorladı: qadının ürəyi getdi

Adanada bir qadın xəstəxanadan evinə qayıdan zaman qonşusu onu qaçırıb, maşınında zorlayıb. 

 18 yaşlı qızı G.B.-ni xəstəxanaya aparan B.B. evinə qayıtmaq istəyib.

Bu məqamda Murat C. B.B.-nin yolunu əsib, zorla maşınına mindirib. İddiaya görə, qadını silahla təhdid edən Murat B. kimsəsiz bir yerə sürdüyü maşınında qadına təcavüz edib.

Qışqıraraq kömək istəyən qadının çığırtısını heç kim eşitməyib. B.B. özü Murat C.-nin əlindən çıxaraq evinə qaçıb.

Başına gələnləri ailəsinə bildirən qadın polisə gedib, şikayət edib. Şübhəli saxlanılıb.

İfadəsi alınan qadın və qızı daha sonra müayinə üçün tibb məntəqəsinə aparılıb. Burada müayinə edilən qadının başına gələn tükürpədici hadisənin təsirindən ürəyi gedib. Hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb. 

 

Qadın müalicə edilməsi üçün xəstəxanaya aparılıb.

 

 

Axşam evinə qayıdan qonşu gəlini qaçırıb zorladı

 


01:00 01.01.1970