KANAL24.AZ
Az Iw En Ru

Gürcüstanda Milad bayramı təntənə ilə qeyd olunub

Gürcüstanda pravoslav xristianlar İsa peyğəmbərin mövlud gününü – Milad bayramını təntənə ilə qeyd ediblər.

Bayramla əlaqədar evlərdə süfrələr açılıb, yanvarın 6-da gecə saat 23:00-dan başlayaraq pravoslav məbədlərində bayram mərasimləri təşkil olunub, dualar oxunub.

Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya Müqəddəs Troitsa kilsəsində ruhanilərlə görüşüb, dualar oxunub. Patriarx əhalini Milad bayramı münasibətilə təbrik edib.

Bayram yanvarın 7-də “Alilo” adlı mərasimlə davam edib.

İştirakçıları prezident iqamətgahının qarşısında Gürcüstan dövlətinin başçısı Qeorqi Marqvelaşvili, parlamentin binası önündə spiker İrakli Kobaxidze, şəhər sakrebulunun önündə Tbilisi meriyasının rəhbərliyi və deputatlar salamlayıb, şirniyyat və hədiyyələr təqdim ediblər. Prezident iqamətgahının və meriyanın qarşısında müxtəlif dini ayinlər icra edilib, dualar oxunub. Müxtəlif küçə və prospektlərlə uzun yol keçən yürüş iştirakçılarına yerli əhali və şəhərin qonaqları da hədiyyələr, şirniyyat və ianələr veriblər.

Müqəddəs Troitsa kilsəsində iştirakçıları bütün Gürcüstanın Katolikos-Patriarxı qarşılayıb, onlara xeyir-dua verib.

İştirakçılar Patriarx II İliyaya şirniyyat təqdim ediblər.

Bununla da Pravoslav xristianlarının bayram tədbirləri başa çatıb.


03:22 08.01.2018
Xəbər lenti
Bütün xəbərlər